Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.
 
Milli Hidrometeorologiya Departamentindən RePost.Az-a verilən məlumata görə, Abşeron yarımadasında sentyabrın 08-09-da şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.
 
Sentyabrın 09-da gün ərzində əsasən şimal və qərb rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Qərb küləyi sentyabrın 08-09-da ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
RePost.Az

Baxış sayı: 1984 | Tarix: 07.09.2018
Bizi Telegramda izləyin: @repostaz