Sentyabrın 14-də vəfat edən “İrşad Electronics” MMC-nin rəhbəri İrad Hacıyev intihar edib.
 
RePost.Az-ın məlumatına görə, bu barədə BAKU.WS-ə Hacıyevin yaxınları məlumat verib. Onun sözlərinə görə, İrad Hacıyev özünə qəsd etmək üçün çoxlu sayda dərman içib. Onun meyitini vannada aşkar ediblər. Vannanın kənarında isə intihar etmək üçün içdiyi dərmanların qutuları aşkarlanıb.  
 
Bakı şəhər prokurorluğu məlumatı RePost.Az-a təsdiq edib. Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, artıq faktla əlaqədar sentyabrın 14-də Cinayət Məcəlləsinin 125-ci (öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İstintaq davam edir.
 
RePost.Az
 

Baxış sayı: 3105 | Tarix: 24.09.2018
Bizi Telegramda izləyin: @repostaz