Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Arif Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

RePost.az-ın APA-ya istinadən verdiyi məlumata görə, məhkəmənin hökmü ilə o, 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, polis əməkdaşı olan A. Əhmədov Bakıdakı banklardan birində mühafizə xidmətində çalışıb. Oradan külli miqdarda oğurluq edən A. Əhmədov həmin pulu qumarda uduzub.

RePost.az


Baxış sayı: 2478 | Tarix: 01.12.2016
Bizi Telegramda izləyin: @repostaz