Mәrkәzi Neftçilәr Xәstәxanasına yeni baş direktor təyin edilib.
 
RePost.Az-ın məlumatına görə, bunu  Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova bildirib.
 
Nazirlik rəsmisi qeyd edib ki, Səhiyyə Nazirliyi Kollegiyasının qərarına əsasən, Mirzoyev Ülvi Əhəd oğlu Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru vəzifəsinə təyinat alıb.
 
Qeyd edək ki, xәstәxananın əvvəlki baş direktoru Hikmәt Hәsәnov öz ərizəsi ilə işindən azad edilib.
 
RePost.Az

Baxış sayı: 4188 | Tarix: 09.10.2018
Bizi Telegramda izləyin: @repostaz