Bakıda həyat yoldaşı Ramiz Taxveli tərəfindən öldürülən Adelya Taxveli ilə bağlı bəzi məqamlar üzə çıxıb.
 
RePost.Az publika.az-a istinadən xəbər verir ki, “Buta Palace”nin art-direktoru olan həyat yoldaşı tərəfindən Rəşid Behbudov küçəsindəki binanın 5-ci mərtəbəsindən atılaraq öldürülən Adelya 2013-cu ildən “Atəşgah Sığorta” şirkətinin Anderraytinq və təkrarsığorta şöbəsinin baş mütəxəssisi vəzifəsində çalışıb.
 
Şirkətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Səbinə Babayeva Publika.az-a bildirib ki, Adelya Taxveli işinin peşəkarı olub: “O, kollektiv daxilində kifayət qədər sevilən, konfliktsiz əməkdaş idi, Gülərüz və pozitiv insan idi, kollektivimiz bu xəbərdən çox sarsıldı, Allah rəhmət eləsin”.
 
Bildirilir ki, A.Taxveli həm də Azərbaycan Sığortaçılar Assosiasiyasının Qeyri-həyat komitəsinin üzvü olub, o 3 gün əvvəl həmin komitənin iclasında da iştirak edib.
 
Məlumata görə, Adelya Taxveli ilə həyat yoldaşı Ramiz Taxveli arasında dərin sevgi münasibətləri olub. Adelya Taxveli internet gündəliyində tez-tez sevgi duyğuları barəsində qeydlər edirmiş və şeirlər yazırmış.
 
Onlar müxtəlif tədbirlərdə də birgə iştirak edib və bəzi mərasimləri təşkil ediblər.
 
Adelyanın yazdığı şeirlərdən birini təqdim edirik.
 
Я тебя буду ждать...
 
Аделя Тахвели
 
Не дано мне тебя разлюбить,
Жарким лето иль февральской порою,
Не дано мне тебя позабыть,
И смириться навеки с судьбою.
 
Как хочу я тебя повидать,
На минуту хоть встретиться взглядом,
И тогда чтоб смогла ты понять,
Как де сильно мечтаю быть рядом.
 
Звездной ночью шепчу твое имя,
Не забыть мне родные черты,
И года пролетают все мимо,
Когда же рядом окажешься ты?
 
Я тебя буду ждать, ты же знаешь,
Верю я что вернешься ко мне,
И как прежде, меня ты спасаешь,
И как прежде все будто во сне.
 
RePost.Az

Baxış sayı: 3922 | Tarix: 11.12.2018
Bizi Telegramda izləyin: @repostaz