Jurnalist Səbuhi Məmmədovun səhhətində ciddi dəyişiklik yoxdur.
 
TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, onun vəziyyəti ağır olaraq qalır.
 
Qeyd edək ki, tanınmış jurnalist Səbuhi Məmmədlinin müalicəsi Yeni Klinikanın Reanimasiya şöbəsində davam etdirilir. Kəskin tənəffüs çatışmazlığı diaqnozu qoyulan Səbuhi Məmmədlinin vəziyyəti kritik ağır qiymətləndirilir. Bu gün hemodializ müalicəsi alması nəzərdə tutulub.
 
Xatırladaq ki, Səbuhi Məmmədli "Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı" çərçivəsində hemodializ müalicəsi alır.

Baxış sayı: 25088 | Tarix: 15.01.2024
Bizi Telegramda izləyin: @repostaz