Bakıda 37 saylı marşrut xəttinin hərəkət istiqaməti dəyişdirilib. 
 
Bu barədə RePost.Az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Məlumata görə, 16 yanvar 2017-ci il tarixindən Nəriman Nərimanov prospektində təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacağından, həmin prospektdən keçən 37 saylı marşrut xəttinin hərəkət istiqamətində müvəqqəti dəyişiklik edilib. Belə ki, təmirdən əvvəl Nərman Nərimanov prospekti ilə hərəkət edən 37 nömrəli marşrut xətt avtobusları təmir işləri yekunlaşana qədər müvəqqəti olaraq İnşaatçılar prospekti - Landau küçəsi- Hüseyn Cavid prospekti -Landau küçəsi - Qurban Xəlilov küçəsi ilə keçməklə hərəkət edəcəklər.
 
RePost.Az
 

Baxış sayı: 1832 | Tarix: 14.01.2017
Bizi Telegramda izləyin: @repostaz