"ANS-çi olaraq illərlə kədəri içimizdə saxlamağı öyrənmişik, yalnız bu günkü sevinci dostlarla bölüşmək istəyirik." 
 
RePost.Az xəbər verir ki, bunu ötən ilin yayında gözlənilmədən yayımı dayandırılan ANS TV-nin rəhbəri, rejissor Vahid Mustafayev özünün rəsmi Facebook səhifəsində çəkilişlərini tamamladığı cizgi serialı haqqında məlumat verərkən bildirib.
 
Rejissor bildirib ki, BALANS Milli Animasiya Studiyası ilk 3 cizgi serialınının çəkilişini tamamlayıb.
 
"Ümumiyyətlə ANS-çi olaraq illərlə kədəri içimizdə saxlamağı öyrənmişik, yalnız bu günkü sevinci dostlarla bölüşmək istəyirik. BALANS Milli Animasiya Studiyamız ilk 3 cizgi serialını çəkdi. Bu gün mən sizə 5-10 yaşlı uşaqlar kateqoriyası üçün "DOSTLAR" ibrətamiz və əyləndirici cizgi serialınının bir hissəsini təqdim edirəm. Deyəsən Azərbaycan cizgi filmlər ənənəsi dirçəlir. Allah Azərbaycanı qorusun!!!”, - deyə Vahid Mustafayev qeyd edib.
 
Sözügedən cizgi filmini sizə təqdim edirik:
 
RePost.Az
 


Baxış sayı: 2003 | Tarix: 14.01.2017
Bizi Telegramda izləyin: @repostaz