Mart ayında bayramlarla əlaqədar on gün qeyri-iş günü olacaq.
 
RePost.Az xəbər verir ki, 2019-cu ildə 8 Mart - Qadınlar günü iş günü hesab edilmir, 20, 21, 22, 23, 24 mart isə Novruz bayramıdır.
 
Əmək Məcəlləsinə əsasən, martın 9-u şənbə, 10-u isə bazar gününə təsadüf etdiyindən ardıcıl üç gün iş olmayacaq.
 
Bundan əlavə, martın 23-ü şənbə, 24-ü isə bazar gününə təsadüf edir. Bu səbəbdən beşgünlük iş həftəsində 25, 26 mart, altıgünlük iş həftəsində isə 25 mart tarixi  istirahət günləridir.
 
Bununla da, şənbə və bazar günləri nəzərə alınmaqla, ümumilikdə 16 gün istirahət edəcəyik.
 
RePost.Az

Baxış sayı: 2098 | Tarix: 20.02.2019
Bizi Telegramda izləyin: @repostaz