Bu gün 08:43 radələrində Azadlıq prospektində, qoşa YDM-in yaxınlığında 99 BH 089 dövlət qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü 1.3 xəttinin tələbini pozaraq tam olaraq əks yola çıxmaqla hərəkət axınının əksinə hərəkət etməsi Avtosfer.az kameralarına düşüb.
 
Əməkdaşımız görüb ki, yol ayrıcında yolu tənzimləyən YPX əməkdaşı ona "saxla" əmri verdi. Daha sonra YPX əməkdaşına yaxınlaşanda ona pratokol yazılıb-yazılmadığı haqqında məlumat alıb. Yol polisi bildirib ki, sürücü əmrə tabe olmamaqla yanaşı avtomobili onun üstünə sürüb və hətta onu əzib. Bu barədə öz rəhbərliyinə raport da təqdim edəcək.
 
Ümid edirik ki, tezliklə yol hərəkəti qaydalarını pozmaqla qanunlara və digər hərəkət iştirakçılarına hörmətsizlik edən, YPX əməkdaşının üstünə avtomobil sürən bu sürücü tapılıb barəsində qanunamüvafiq tədbir görüləcək. Görüntüləri təqdim edirik.
 
RePost.Az

Baxış sayı: 2478 | Tarix: 22.02.2019
Bizi Telegramda izləyin: @repostaz