Rusiyanın paytaxtı Moskva şəhərində Azərbaycan bayrağını təhqid edən şəxs cəzalandırılıb.
 
BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkələrdə qeyd edilib. Bildirilib ki, “Facebook”da “First Armenian Front /FAF ultras/” səhifəsində Azərbaycan bayrağı təhqir edilib.
 
İki gənc erməni bayrağımızı yerə ataraq tapdalayıb. Rusiyada yaşayan vətənsevər azərbaycanlılar həmin ermənilərdən birini tapıb və cəzalandırıblar. Həmin erməni diz çökərək Azərbaycan xalqından üzr istəyib.
 
Bayrağımızı təhqir edən digər erməni də Moskvada yaşayan soydaşlarımız tərəfindən axtarılır. Həmin şəxsin də cəzalandırılacağı bildirilir.
 
RePost.Az

Baxış sayı: 2364 | Tarix: 22.02.2019
Bizi Telegramda izləyin: @repostaz