Bakı şəhəri, Binəqədi rayonu ərazisində atışma olub.

RePost.Az xəbər verir ki. Rəsulzadə qəsəbəsində "Favorit" marketin yaxınlığında "Mercedes" markalı avtomobilin içində olan iki nəfər gülləbaran edilib. Onlardan biri hadisə yerində ölüb, digəri ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən şəxslər 10 GD 021 dövlət nömrə nişanlı, "BMW X5" markalı avtomobillə qaçmağa çalışsalar da, çox uzaqlaşa bilməyiblər. Sözügedən avtomobildə olan Cəlalov Taleh İbrahim oğlu və Hüseynov Səxavət Oruc oğlu Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin 246 saylı YPX avtomobilinin müfəttişləri tərəfindən saxlanılıb. Müfəttişlər Murad Əzizli, Ramin Əsgərov və Mehdi Hacıyev Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi Mərdan Əliyevin göstərişi əsasında yolda süni tıxac yaradaraq silahlı şəxslərin idarəetməsində olan avtomobilin qarşısını kəsiblər.

Ölən şəxsin isə kriminla avtoritet Mübariz Budaqlı olduğu olduğu müəyyən edilib. Binəqədi rayon Polis İdarəsindən verilən məlumata görə, 1976-cı il təvəllüdlü Mübariz Budaqlı başına açılmış atəş nəticəsində həyatını itirib. Onun yanında olan digər şəxs isə hadisədən sonra maşından düşərək qaçlıb.

Qeyd edək ki, 1976-cı il təvəllüdlü Mübariz Budaqlı 2017-ci ildən İnterpol xətti ilə axtarışa verilib. Hazırda ölən şəxsin  sözügedən Mübariz Budaqlı olub olmaması barədə araşdırma aprılır.

Baş verən hadisənin criminal dairələr arasındakı insidentdən qaynaqlandığı, hətta bu il mayın əvvəlində elə Binəqədidə 40 bıçq zərbəsi ilə qətlə yetirilən Qulinin adamı, “Emin-444” ləqəbli Emin Səfərovun qisası oldğu da ehtimal edilir.


Baxış sayı: 2535 | Tarix: 07.06.2019
Bizi Telegramda izləyin: @repostaz