Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 
 
RePost.Az avtosfer.az-a istinadən xəbər verir ki, paytaxtın Neftçilər prospektində piyada keçidi olmayan yerdə yaşlı qadın yolu keçməyə çalışır. O, yolun tən ortasına qədər gələrək dayanır. Bu zaman "Lada-Priora” markalı avtomobil onu vurur.
 
Sürücü qadını son anda görür və avtomobili sağa çəkir. Həm sutkanın qaranlıq vaxtı, həm də yolun görünmə məhudluğu olduğu üçün piyada vurulur. Xoşbəxtlikdən çox ağır xəsarət almır. Yerdən qalxaraq əks istiqamətdə qayıdır.
 
Videoya diqqətlə baxdıqda sürücünün piyadanı qəsdən vurduğu mənzərəsi ortaya çıxır. Üzərində taksi nişanı olan avtomobilin sürücüsü ya qadını qəsdən vurur, ya da başı telefona qarışmışdı. Əks halda, ayırıcı zolağın üzərində dayanan qadını niyə vursun?
 
RePost.Az


Baxış sayı: 2005