Masallıda yük maşını “Mersedes-Vito" markalı mikroavtobusla toqquşub.
 
RePost.Az-ın məlumatına görə, hadisə nəticədə 8 nəfər ölüb. Bir nəfər müxtəlif dərəcəli xəsarətlərlə Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
 
Ölənlərin isə 2-si qadın, 3-ü kişi və digər 3-ü məktəblidi.
 
Ölən 8 nəfərdən 6-sının adı məlum olub. Onlar  Lerik rayon sakini 1998-ci il təvəllüdlü Tağıyev Rəşad Atalı oğlu, Lerik rayonu Kəlbəz kənd sakini 2016-ci il təvəllüdlü Rufullayev Ayxan Natiq oğlu,
 
1983-cü il təvəllüdlü Rzayev Əsgər Yaqub oğlu, 2002-ci il təvəllüdlü Rzayev Hikmət Əsgər oğlu, 2008-ci il təvəllüdlü Rzayev Azər Əsgər oğlu, 1985-ci il təvəllüdlü Rzayeva Ruhiyyə Əkbər qızıdır.
 
Hadisə nəticəsində Lerik rayonu Kəlvəz kənd sakini, 1995-ci il təvəllüdlü Tağıyeva Miranə Atalı qızı xəsarət alıb.
 
Qəzaya səbəb olan avtomobilin sürücüsü hadisənin necə baş verdiyini açıqlayıb.
 
99 LH 458 nömrəli "Mercedes” markalı avtomobilin sürücüsü, Lerik rayon sakini Nizami Mustafayev deyib ki, yanında oturan sərnişinə balış vermək istəyərkən yoldan diqqəti yayınıb və idarəetməni itirib:
 
"Sürətim normal idi. Yolda nə sürət qoyulubsa o idi, saatda 100-120 ilə gedirdim. Yuxulu deyildim. Bakıdan səhər saat 6-nın yarısı çıxmışam, 8 sərnişin götürmüşdüm. Bakı-Lerik arası sərnişin daşıyıram”.
 

Baxış sayı: 4112 | Tarix: 09.07.2019
Bizi Telegramda izləyin: @repostaz