Bakının Yasamal rayonunda bir qrup məcburi köçkün Tbilisi prospektində yolu kəsiblər. 
 
RePost.Az xəbər verir ki, aksiya zamanı yolda nəqliyyatın hərəkəti dayanıb, nəticədə tıxac yaranıb.
 
Yasamal rayon İcra Hakimiyyətindən bildirilib ki, onların məişət problemləri olduğu üçün yolu bağlamaq qərarına gəliblər.  “Qaçqınkom” əməkdaşlarının danışıqlarından sonra onlar yolu açıblar. Onların problemlərinin araşdırılacağına və həll ediləcəyinə spz verilib.
 

Baxış sayı: 3333 | Tarix: 22.07.2019
Bizi Telegramda izləyin: @repostaz