Xəzərə düşən MİQ-29 təyyarəsinin axtarışlarına cəlb olunan Türkiyə Milli Müdafiə Nazirliyi yeni görüntülər yayıb.

RePost.Az xəbər verir ki, MİQ-29-un fraqmentləri ROV cihazı (Uzaqdan idarə olunan sualtı robotlar) vasitəsilə aşkarlanaraq görüntülənib və sudan çıxarılıb.

Gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin Xəzər dənizinə düşdüyü ərazi avqustun 8-i axşam saatlarında müəyyən edilib.

Bu barədə BAKU.WS-ə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Aidiyyəti dövlət qurumları və xidmətləri nümayəndələrinin, eləcə də axtarışlara cəlb edilən türkiyəli mütəxəssislərin iştirakı ilə görülən təxirəsalınmaz tədbirlər nəticəsində təyyarənin bəzi fraqmentləri hissə-hissə sudan çıxarılıb.

Hazırda təyyarənin əsas hissəsinin dənizin dibindən çıxarılması üzrə hazırlıq işləri görülür.

 

RePost.Az


Baxış sayı: 2383 | Tarix: 09.08.2019
Bizi Telegramda izləyin: @repostaz