Gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin “qara qutusu” tapılaraq dənizdən çıxarılıb.
 
Bu barədə RePost.Az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
 
Verilən məlumata görə, hazırda qurğunun içərisində olan məlumatların əldə edilməsi məqsədilə “qara qutu"nun texniki vəziyyəti öyrənilir.
 
Eyni zamanda təyyarənin qalıqlarının dənizin dibindən çıxarılması üzrə tədbirlər davam etdirilir.
 

Baxış sayı: 2592 | Tarix: 19.08.2019
Bizi Telegramda izləyin: @repostaz