Bakının Yasamal rayonunda hündürmərtəbəli yaşayış binasında güclü yanğın başlayıb.
 
RePost.Az BAKU.WS-ə istinadən xəbər verir ki, İsmayıl bəy Qutqaşınlı 63 ünvanında yerləşən yaşayış binasında baş verən yanğının söndürülməsi üçün əraziyə yanğınsöndürən maşınlar cəlb olunub.
 
Bina sakinləri təxliyyə edilib.
 
İlkin məlumata görə, yanğın elektrik şitinin partlaması nəticəsində başlayıb.
 
Fövqəladə Hallar Nazirliyindən  verilən məlumata görə yanğın 17 mərtəbəli binanın 13 və 14-cü mərtəbəsi arasındakı elektrik şitində baş verib. Hazırda yanğının söndürülməsinə çalışırlar.


Baxış sayı: 2611 | Tarix: 20.08.2019
Bizi Telegramda izləyin: @repostaz