Atasının oxumağına razı olmadığı gəncin təhsil haqqı ödənildi.
 
Dünən AZXEBER.COM-a açıqlama verən keçmiş müğənni Mehin Hümbətova tələbə adını qazanan gəncin təhsil haqqını ödəyəcəyini demişdi. Mehin sözünün üstündə durub. Belə ki, o bu gün Xarici Dillər Universitetinə gedərək, Orxanın təhsil haqqını ödəyib.
  
Qeyd edək ki, atası təhsil almasını istəməsə də, 18 yaşlı Orxan Bağrzadə Azərbaycan Dillər Universitetinə qəbul olub. O, artıq qeydiyyatdan keçib. Tərcümə (rus-fransız) fakültəsini seçən O.Bağırzadə ödənişli əsaslarla təhsil alacaq. Onun illik təhsil haqqısı 1000 manatdır. Atası təhsil almağa qoymadığı üçün Orxan evi tərk edib. 

Baxış sayı: 4454 | Tarix: 21.08.2019
Bizi Telegramda izləyin: @repostaz