Lüksemburqda Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində keçirilən "Dudelanj" - "Qarabağ" matçında ermənilər təxribat törədiblər.


RePost.Az -ın məlumatına görə, "Qarabağ"ın 2:0 üstünlüyü ilə keçən qarşılaşmanın 30-cu dəquiqəsində  stadiona dronla qondarma Dağlıq Qarabağ rejiminin bayrağı endirilib.

"Qarabağ" klubunun futbolçuları məsələyə sərt şəkildə etiraz ediblər. Oyunun baş hakimi qarşılaşmanı dayandırıb.  10 dəqiqəlik fasilədən sonra matç davam edib.

Düdelanj" - "Qarabağ" matçında Komandamızın ikinci qolundan sonra stadionda baş verən təxribatçı hərəkətlərə və qondarma ölkənin bayrağının stadiona gətirilməsinə görə qarşılaşmada 20 dəqiqəlik fasilə yarandı və UEFA-nın təcili iclası keçirilib.

 Lüksemburqun idman naziri stadionda çıxış edərək ölkələrinin adından bütün Azərbaycan xalqından üzr istəyib və bu hadisənin onlardan asılı olmayan səbəbə görə baş verdiyini bildirib. Bu məsələdə əli olanların ən qısa zamanda tapılacağı və cəzalandırılacağı da bildirilib.


Baxış sayı: 4644 | Tarix: 04.10.2019
Bizi Telegramda izləyin: @repostaz