İranşünas erməni alimi Vardan Voskanyan İranın “Shabake Khabar” (Xəbər şəbəkəsi) telekanalının qonağı olub.
 
RePost.Az xəbər verir Eurasia Diary Ermənistan KİV-nə istinadən xəbər verir ki, efirdə general Qasım Süleymaninin ölümünü dəyərləndirən ekspert Qarabağ münaqişəsində generalın ermənipərəst olduğunu deyib.
 
“General Süleymani İranın dövlət maraqlarından çıxış edərək Ermənistana tərəf idi. O anlayırdı ki, Azərbaycan qurudan Naxçıvanla birləşərək uzun pantürk qurşağı yarada bilərdi”.
 
Vardan Voskanyan Süleymaninin ölümü ilə bağlı İran xalqına başsağlığı da verib.

Baxış sayı: 2953 | Tarix: 08.01.2020
Bizi Telegramda izləyin: @repostaz