Tovuz rayonunun Dondar-Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətli ilə bağlı “youtube”da yayılan səs yazısının sahibi məlum olub. 
 
Yenisabah.az-a daxil olan məlumatda bildirilir ki, bu şəxs Almaniyada mühacir həyatı yaşayan Qabil Məmmədovdur. Almaniyada yaşayan blogger Həbib Müntəzir də səs yazısının Qabil Məmmədova məxsus olduğunu bildirib. “Nərminin ölümü ilə bağlı yayılan "ŞOK" səs yazısı mühacirətdə olan, dezinformator Qabil Məmmədova məxsusdur. Adam iqtidara müxaliflik adı ilə nə qədər yalanlar, böhtanlar danışır, hamıya məlumdur. İqtidarı nadürüstlükdə ittiham edib, özümüz də nadürüst olduqsa, heç nə. Ona görə o səs yazısına etibar etmək olmaz”, - deyə blogger bildirib.
 
Səs yazısında Nərmin Quliyevanın ölümündə təqsirləndirilən İlkin Süleymanovun günahsız olduğunu qeyd edilib.
 
İddia edilir ki, Nərmin Quliyevanı onun həmkəndlisi M.M. (məlumat təsdiqini tapmadığı üçün ad, soy adı şərtidir) öldürüb.
 
Bildirilir ki, M.M.-in qardaşı və yeznəsi hüquq-mühafizə orqanlarında çalışır:
 
“Həmin şəxs Nərmin Quliyevanın qonşusudur. Bunu kənddə hər kəs bilir. Onun “VAZ-2107” markalı avtomobili var. İlkin Süleymanovu yalandan həbs ediblər, o, günahsızdır”.


Baxış sayı: 2174 | Tarix: 05.02.2020
Bizi Telegramda izləyin: @repostaz