İntihara cəhd edən feminist Aysel Ələkbərzadənin vəziyyəti yaxşıdır.

RePost.Az
antv-yə istinadən xəbər verir ki, feministlərin aksiyası zamanı qalmaqallı plakatı ilə gündəmə gələn feminist qız intihara cəhdinin səbəbkarlarının adını açıqlayıb:

"Özümü öldürmək dərəcəsinə çatdıranlar Nurlan Libre, onun həyat yoldaşı Əsli Əlizadə və Qurban Məmmədlidir. Nurlan Libreyə zəng vurub haqqımda yazan paylaşımı silməyi xahiş etdim. Çünki o, məndən onun haqqında yazdığım statusu silməyi xahiş edəndə silmişdim.

Aksiyaya öz istəyimlə çıxmışam, o plakatı da öz istəyimlə yazmışam. Heç kim mənə təsir göstərməyib. Mən feministəm. İntihara cəhdimin o aksiya və aksiyanın təşkilatçıları və yaxud da o şüarla heç bir əlaqəsi yoxdur. O şüarla əlaqəsi olsaydı, o şüarı Nadir Qafarzadədən tutmuş Əli Kərimliyə qədər paylaşmışdı. Elə deyərdim ki, intihar həddinə çatmağımın səbəbi onlardır. Onlar tanımadığım insanlardır, amma 2014-cü ildən bəri dost dediyim insan - Nurlan Libre və həyat yoldaşı Əsli Əlizadə arxadan vuranda və şər atanda, ortalığa 2016-cı ildən görmədiyim Qurban Məmmədli deyilən bir təxribatçı çıxıb hansısa səs yazılarımı paylaşacağı ilə şantaj edəndə bu həddə çatdım".   

A.Ələkbərzadə sözügedən səs yazılarında atasının polis mayoru olduğunu deyərək qarşı tərəfi hədələməsinə də aydınlıq gətirib:

"Atamla əlaqəm yoxdur. 4 il əvvəl olan söhbətdir. Uşaq olmuşam. Əsəbiləşib demişəm".

Qeyd edək ki, martın 10-da saat 05:42-də 24 yaşlı işsiz Ələkbərzadə Aysel Elşən qızı tanışı Yusif İsayevlə spirtli içki qəbul edib kirayədə yaşadığı paytaxtın Yasamal rayonu ərazisindəki yüksəkmərtəbəli binanın ikinci mərtəbəsində yerləşən mənzilin pəncərəsindən intihar məqsədi ilə özünü atmışdır.

Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətlərinin birgə məlumatında deyilir.

Bildirilir ki, A.Ələkbərzadə kəllə-beyin və bir ayağının sınığı xəsarəti ilə Kliniki Tibbi Mərkəzinin Reanimasiya şöbəsinə yerləşdirilmiş və hazırda vəziyyəti orta-ağırdır, müalicəsi üçün zəruri tədbirlər görülür.

Yasamal rayon prokurorluğunun və Polis İdarəsinin əməkdaşları tərəfindən A.Ələkbərzadənin yaşadığı evə məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçirilmiş, hadisə yerinə baxış keçirilərkən evdən 2 ədəd 1 litrlik “Kuller” markalı pivənin boş plastmas qabları, o cümlədən iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar götürülmüş və müvafiq prosessual hərəkətlər yerinə yetirilmişdir.

Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılmışdır.


Baxış sayı: 979