Xalq artisti, rejissor Eldar Quliyev yenidən xəstəxanaya yerləşdirilib.
 
RePost.Az-ın məlumatına görə, səhhəti pisləşən Xalq artisti bir neçə gün əvvəl “MediClub” klinikasına yerləşdirilib.
 
Hazırda onun müalicəsi reanimasiyada davam etdirilir. 
 
Qeyd edək ki, rejissor yanvarın 18-də xəstəxanaya yerləşdirilmişdi. O, martın əvvəlində evə buraxılmışdı.
 
 

Baxış sayı: 3694 | Tarix: 09.04.2021
Bizi Telegramda izləyin: @repostaz