Bu gün Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan Yuri Kovalyovun anım günüdür.
 
Yuri Petroviç Kovalyov 29 may 1965-ci ildə Göyçay rayonunda anadan olub. O, 1990-cı ildə Daxili İşlər Nazirliyinin tabeliyindəki xüsusi polis bölmələrinin sıralarına qoşulub və tez-tez Qarabağa ezamiyyətə gedib. Qəhrəmanlığı və cəsarəti sayəsində qısa müddətdə Kovalyov əfsanəyə çevrilib və ermənilər onun başı üçün mükafat təyin ediblər.
 
Yuri və silahdaşları ən qanlı döyüşlərdə vuruşublar, ən çətin tapşırıqları yerinə yetiriblər.
 
O, 26 yaşında 1991-ci il oktyabrın 3-də Xocavənd bölgəsində erməni işğalçıları ilə döyüşdə snayper gülləsinə tuş gəlib.
 
Bakıda Şəhidlər Xiyabanında dəfn edilmişdir.
 
Yuri Kovalyov Tamara xanım ilə ailə həyatı qurmuş və ömrünün sonuna qədər onunla evli idi. Regina və Yuliya adlı 2 qızı yadigar qalıb.
 
Azərbaycan Respublikası Prezidentinin 5 iyun 1992-ci il tarixli sərəncamı ilə Yuri Kovalyov ölümündən sonra “Azərbaycan Milli Qəhrəman” adına layiq görülüb.
 
Bakı şəhərindəki 229 saylı orta məktəb onun adını daşıyır.

Baxış sayı: 19882 | Tarix: 03.10.2022
Bizi Telegramda izləyin: @repostaz