Azərbaycanda bayram namazının vaxtı açıqlanıb.
 
Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) ONA-ya verilən məlumata görə, Ramazan ayının başa çatması ilə əlaqədar iyunun 5-i saat 08:00-da "Əjdərbəy" məscidində, saat 09:00-da isə "Təzə Pir" məscidində bayram namazı qılınacaq.
 
Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə bayram namazına qatılacaq.
 
Qazilər Şurasının verdiyi fətvada qeyd olunur ki, Fitr bayramı (Şəvval ayının 1-i) Ayın üfüqi ərazimizdə görünməsinə əsasən iyunun 5-nə təsadüf edəcək.
 
Qeyd edək ki, Azərbaycanda Ramazan ayı mayın 6-da başlayıb.
 
İyunun 5-i və 6-sı Azərbaycanda Ramazan bayramıdır.

Baxış sayı: 3504 | Tarix: 30.05.2019
Bizi Telegramda izləyin: @repostaz