Üç gündür Türkməndağına hücumlar təşkil edən Əsəd rejiminə bağlı qüvvələr, müxaliflər qarşısında itkilər verərək geri çəkilmək məcburiyyətində qalıb. Məlumata görə, müxaliflərəvvəlcə Kələz, Sərraf və İsa kəndlərini itirsələr də, iki saat sonra bütün ərziləri geri qaytarmağa nail olublar.

Məlumata görə, hücum zamanı çox sayda rejim əsgəri öldürülüb, iki hərbçi isə əsir götürülüb. Muxtar təpəsində rejimə aid bir tank və çox sayda hərbi texnika məhv edilib.İsa kəndində müxaliflərin minaladığısahəyə girən rejim qüvvələri və Şiə xadimlərdən ən azı 8-nin öldüyü, 6-nın da yaralandığı bildirilir.

 

Hal-hazırda, Türkməndağında Zeytuncuq, Kələz, Sallur, Yamadı, İsa kəndləri və buranın şərqindəki Cəbəl Əkradda Tufahiyə və Havar kəndlərinə müxaliflərin nəzarətindədir.


Baxış sayı: 2630 | Tarix: 26.11.2016
Bizi Telegramda izləyin: @repostaz