Azərbaycan Respublikasının Mərkəzi Bankının İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli müvafiq qərarları ilə “Atabank” ASC, “AGBank” ASC, “NBCBank” ASC və “Amrah Bank” ASC-yə müvəqqəti inzibatçılar təyin olunub.
 
Azərbaycan Mərkəzi Bankından RePost.Az-a verilən məlumata görə, qanunvericiliyə uyğun olaraq qeyd olunan bankların idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçmişdir.
 
Bu məsələ ilə bağlı əlavə məlumat təqdim olunacaq.
 
Qeyd edək ki, 4 bankın maddi problemləri olduğuna görə özlərini müflis elan etməsi gözlənilir. 

Baxış sayı: 3542 | Tarix: 27.04.2020
Bizi Telegramda izləyin: @repostaz