Hal-hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları İmişli rayonunun İcra Hakimiyyətinin inzibati binasında xüsusi əməliyyat keçirirlər.
 
RePost.Az xəbər verir ki, İmişli Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Vilyam Hacıyev saxlanılıb. 
 
Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılan Vilyam Fəhralı oğlu Hacıyev 8 ildir İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindədir.
 
O, bu vaxta qədər 2 rayona başçılıq edib.
 
Qeyd edək ki, Vilyam Hacıyev 10 avqust 1957-ci ildə Azərbaycan Respublikasının Göygöl şəhərində anadan olub.
 
Vilyam Hacıyev 26 mart 2004-cü ildən 7 fevral 2006-cı ilə qədər Göygöl Rayon İcra Hakimiyyətinin, 7 fevral 2006-cı ildən 14 aprel 2012-ci ilə qədər Samux Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Baxış sayı: 2839 | Tarix: 05.05.2020
Bizi Telegramda izləyin: @repostaz