“Yeni testlər hər zaman çıxır. Getdikcə sereolojik, yəni xəstəliyi keçirib-keçirməməsi ilə bağlı testlər olacaq”.
	 
	RePost.Az xəbər verir ki, bunu REACT-C19 layihəsinin ilkin nəticələrinə dair keçirilən mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib.
	 
	O deyib ki, Azərbaycanda hökumət ən son və ən yeni testlər alır, laboratoriyaların sayı artır:
	 
	“Sereolojik testlərdən istifadə edilərək əhali arasında çalışma başlanılacaq. Bununla insanların neçə faizinin bu xəstəliyi keçirdiyini biləcəyik”.