2009-cu il təvəllüdlü  Mirzəyeva Təhminə Natiq qızı böyrək xəstləyindən əziyyət çəkir. Ailənin ikinci övladı olan Təhminənin körpə vaxtından hər iki böyrəyində kist olub. O, bu illər ərzində müalicələr alsa da, indi xəstəliyi  olduqca ağırlaşıb. 

Anası Mehriban xanım  RePost.Az-a  bildirib ki, Təhminənin sağ böyrəyi artıq tamamilə fəaliyyətini dayandırıb:

“Sol böyrəyində də böyümə gedir. İrana aparmaq istəyirik. Əvvəllər aparırdıq ora müalicə olunurdu.  Amma indi İrana aparmağa və o məbləği  qarşılamağa imkanımız yoxdur”.

Mehriban xanım deyir ki, Təhminənin oxuduğu məktəbdə də ona yardım məqsədilə müəyyən məbləğ yığılıb:

“Təhminə 76 saylı orta məktəbin 2-ci sinifinə gedir. Allah o məktəbin bütün kollektivindən razı olsun ki, heç mən istəmədən öz aralarında pul yığıblar. Amma bizim İrana getməyimiz və oradakı müalicəsi üçün bir az daha artıq miqdarda pul lazımıdır”.

Özü də onkoloji xəstəlikdən əziyyət çəkən Mehriban xanım, imkanlı şəxslərdən qızının müalicəsinə yardım etməyi xahiş edir.


Baxış sayı: 2668 | Tarix: 26.01.2017
Bizi Telegramda izləyin: @repostaz