Azərbaycanda 2 polis əməkdaşı koronavirusdan ölüb.
 
RePost.Az  xəbər verir ki, Bakı şəhərində xəstəxanada müalicə olunan həmin şəxslərdən biri iyulun 1-də, digəri isə iyulun 4-də dünyasını dəyişib.
 
Həmin şəxslər polis polkovnik-leytenantı və polis mayoru rütbəsində olub.
 
Məlumata görə, polis polkovnik-leytenantın ölümündən bir gün əvvəl anası da vəfat edib.
 
Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib.

Baxış sayı: 3200 | Tarix: 06.07.2020
Bizi Telegramda izləyin: @repostaz