Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi "Alpina Parking Consulting” MMC olub.
 
RePost.Az Yeniavaz.com-a istinadla xəbər verir ki, “Alpina Parking Consulting” MMC BNA-nın sifarişi əsasında Bakı şəhərinin inzibati ərazisində yerləşən yoldan kənar parklanma sahələrinin ümumi qiymət siyasətinin araşdırılması, müəyyən edilməsi və iqtisadi əsaslandırılması, yoldan kənar parklanma sahələrinin analiz edilməsi, infrastrukturun qurulması üçün məsləhət və parklanma yerlərinin idarəedilməsi üzrə auditi xidmətini həyata keçirəcək.
 
Qeyd olunan xidmətlərin həyata keçirilməsi üçün BNA “Alpina Parking Consulting” MMC-yə 2 milyon 124 min manat ödəyəcək.
 
Məlumat üçün bildirək ki, “Alpina Parking Consulting” MMC cəmi 4 ay əvvəl – 14.02.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. BNA-nın tender elanı aprel ayının əvvəlində elan olunub. Bu isə o deməkdir ki, tenderin qalibi olan MMC tender elanının verilməsindən cəmi ay yarım əvvəl yaranıb.
 
Onu da bildirək ki, “Alpina Parking Consulting” MMC barədə açıq internet resurslarda heç bir məlumata rast gəlmək mümkün deyil. Cəmi ay yarım əvvəl yaranan və 2,1 milyon manatlıq tenderin qalibi olan MMC Bakı şəhəri, Nəsimi rayonu, Eldar Tağızadə küçəsi, ev 18A ünvanında qeydiyyatdadır.
 
MMC-nin qanuni təmsilçisi Əhmədzadə Sənan Rafiq oğludur.

Baxış sayı: 2364 | Tarix: 06.07.2020
Bizi Telegramda izləyin: @repostaz