İyulun 27-də saat 15 radələrində Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsi ərazisində Zaqatala rayon sakini Zəkəriyyə Poladov idarə etdiyi “Nissan” markalı avtomobili aşırıb və hadisə yerində ölüb.
 
Daxili İşlər Nazirliyindən RePost.Az-a verilən məlumata görə, Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
 
Qeyd edək ki, qəzada ölən Zəkəriyyə Poladov "Azenko" MMC-nin direktorudur.

Baxış sayı: 2345 | Tarix: 28.07.2020
Bizi Telegramda izləyin: @repostaz