Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
 
RePost.Az APA-ya istinadən xəbər verir ki, Zığ yolu şosesində "Daewoo" markalı avtobus yoldan çıxıb.
 
Hava limanı istiqamətində hərəkətdə olan 60 nömrəli sərnişin avtobusu idarəetmədən çıxaraq arakəsmələrə çırpılıb.
 
Qəza zamanı xəsarət alanların olub-olmaması dəqiqləşdirilir.

Baxış sayı: 2649 | Tarix: 07.09.2020
Bizi Telegramda izləyin: @repostaz