Ermənistan silahlı qüvvələri tərəfindən Mingəçevir şəhəri ərazisinə raket zərbələri, Tərtər şəhərinin ərazisinə isə artilleriya zərbələri endirilib, yaralananlar var.

Bu barədə RePost.Az-a Müdafiə Nzirlliyinidən bildirilib.
 
Prezidentin köməkçisi Hikmət Hacıyev isə bildirib ki, Ermənistanın azərbaycanlı mülki şəxslərə qarşı dövlət terroru davam edir.
 
Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabındakı paylaşımında bildirib ki, bir neçə dəqiqə əvvəl Ermənistan silahlı qüvvələri Azərbaycanın Mingəçevir sənaye şəhərinə qarşı raket hücumu təşkil edib. Mingəçevirdə su anbarı və əsas elektrik stansiyası mövcuddur. Çarəsizliyin barbar ifadəsi”.
 
Yereli sakjinlərin RePost.Az-a bildirdiyinə görə, raketlərin hamısı Havadan Müdafiə Sistemləri tərəfindən havada vurulub.

Baxış sayı: 2459 | Tarix: 04.10.2020
Bizi Telegramda izləyin: @repostaz