İşğalçı erməni ordusu yüksək rütbəli və vəzifəli zabitlərinin öldürüldüyünü etiraf edib.
 
RePost.Az xəbər verir ki, məlumatı Ermənistanın müdafiə nazirliyi yayıb.
 
Ermənistan tərəfi məhv edilən hərbçilərinin siyahısını açıqlayıb.
 
Açıqlamaya əsasən, məhv edilən zabitlər bunlardır:
 
Hərbi hissə komandiri, polkovnik Vyaçeslav Valeri Voskovski, hərbi hissə komandirinin müavini, polkovnik-leytenant Vaaqan Aramoviç Tumasyan, kapitan Zoqrab Qraçikoviç Koçaryan, baş leytenant Çolak Samveloviç Xaçatryan.
 
Qeyd edək ki, sentyabrın 27-də başlanan hərbi əməliyyatlar nəticəsində işğalçı Ermənistan silahlı qüvvələrinə ağır zərbələr endirib.
 
Azərbaycanın Silahlı Qüvvələrinin uğurlu əməliyyatları nəticəsində düşmənin çox sayda canlı qüvvəsi məhv edilib və yaralanıb, həmçinin hərbi texnikaları sıradan çıxarılıb.
 
Ermənilərin sosial şəbəkələrdə paylaşımlarına və müxtəlif mənbələrdə yazılan informasiyalara görə Ermənistan ordusunun itirdiyi hərbçilərinin sayı minlərlədir. Lakin Ermənistan Müdafiə Nazirliyinin rəsmi etirafına görə senytabrın 27-dən bu günə qədər 776 hərbçi ölüb.

Baxış sayı: 4017 | Tarix: 21.10.2020
Bizi Telegramda izləyin: @repostaz