Oktyabrın 21-i saat 12:55-dən 13:30-dək Ermənistan silahlı qüvvələrinə məxsus daha 3 taktiki pilotsuz uçuş aparatı (PUA) Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən aşkar olunaraq məhv edilib. 
 
Müdafiə Nazirliyindən RePost.Az-a verilən məlumata görə, PUA-dan 2-si cəbhənin Füzuli istiqamətində, 1 isə Tərtər istiqamətində vurulub.

Baxış sayı: 2402 | Tarix: 21.10.2020
Bizi Telegramda izləyin: @repostaz