"ARB Ulduz"un "Şou-məkan" proqramının növbəti qonağı müğənni Röya Ayxan olub.

RePost.Az Milli.Az-a istinadən xəbər verir ki, köhnə ilin daşını atıb, yeni ildə daşı daş üstə yığmağa başlayan Röya Ayxan layihələrinin davamını reallaşdıracağını söylədi:

Röya Ayxan: "Bu il Vaqif Gərayzadədən "Qadın"ı təqdim etdik. Ona klip çəkəcəm. Sonerlə Belçikada bir çəkilişimiz olacaq. Orada çəkiləcək klip də özünəməxsusdur. Bu, Türkiyə üçündür, "Qadın" isə Bakı üçün".

Müğənni bildirdi ki, hər zaman problemlərini öz daxilində həll etməyə çalışdığı üçün kənardan ona bununla bağlı mesajlar da gəlir: "Mənə mesaj gəlib. Deyir, Salam, Röya xanım. Mən sevgilimdən ayrıldım. Mənə söz vermişdi ki, səni alacam. İstədim yazam ki, bütün Bakı mənə o qədər sözlər verib ki. Dedi ki, söz vermişdi ki, alacam. İndi rəfiqəmlə oturub durur. Mən sizinlə danışsam, sizin kimi güclü olaram. Ancaq mən heç vaxt heç kimlə danışmıram. Əgər bir yerə getmirəmsə, dostlarım məni görmürsə, hiss edirlər ki, əhvalım yaxşı deyil və aradan çıxmışam. O auranı heç vaxt onlara vermirəm. Düşünürəm, özüm yolunu tapıram".

10 nəfərdən biri yox, iki nəfərdən biri və birincisi olmaq üçün illərdir səhnədə qaynayıb qarışan, yerində dayana bilməyən Röyanın elə əvvəldən ailəsi üçün məqsədləri olub:

"Sakit dura bilmərəm. Həm qazanc tərəfdən, həm də iş tərəfdən. Çünki 16 yaşımda bu işə başlayanda dedim ki, mən onlardan birincisi olmalıyam. İkinci sözüm o oldu ki, mən bütün ailəmi ayağa qaldıracam".

Əməkdar artist birinci olmaq üçün indiyə kimi çox şeylərdən keçdiyini də dilə gətirdi:

"Nədən vaz keçməmişəm ki? Çox şeydən. Bəlkə də, məni o dünyada yandıracaqlar".

Müğənni hazırda Rusiyada verəcəyi konsert üçün hazırlıqlar görür. Üstəlik, bu dəfə oğlunu da özü ilə bərabər aparmağı düşündüyünü bildirib:

"Moskvada iki dəfə konsert vermişəm. İkisi də çox uğurlu keçib, baxmayaraq ki, özünəməxsus stresləri olub. Paltar əynimə böyük gəlib. Məşq zamanı arıqlamışam. Geyimə üstümdə düzəliş ediblər. Mənim dostlarım olduqları üçün orada iştirak etmək xoşuma gəlir. Bu dəfə oğlumla gedirəm".

 


Baxış sayı: 2421 | Tarix: 06.02.2017
Bizi Telegramda izləyin: @repostaz