ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2021-ci ilin fevral müqaviləsinin dəyəri 0,74% artaraq 1 barelə görə 50,34 dollar təşkil edib.
 
RePost.Az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında gələn ilin yanvarında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,67% artaraq 46,88 dollar təşkil edib.
 
Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti də artıb.
 
Gələn ilin yanvarında çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 2,89% artaraq 2,671 ABŞ dolları təşkil edib.

Baxış sayı: 3276 | Tarix: 14.12.2020
Bizi Telegramda izləyin: @repostaz