Ağsu rayonunun İlxıçı kənd sakini Xəlilov Qərib Tarif oğlunun şəxsi yük avtomobili hərbi məqsədlər üçün götürülsə də, hələ qaytarılmayıb.

Qərib Xəlilovun RePost.Az-a verdiyi məlumata görə, Vətən Müharibənin ilk günlərində şəxsi əmlakı olan 01 BJ 128 dövlət npmrə nişanlı, "QazEL" markalı yük avtomobili ilə rayon ərazisində hərəkətdə olarkən Ağsu rayon Dövlət Yol Polisi İdarəsinin rəisi tərəfindən saxlanılıb. Ona rayon hərbi komissarlığında olan bəzi yüklərin Polis İdarəsinə gətirilməsi tələb olunub. Əmrə tabe olan Qərib Xəlilov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon idarəsinə gedir.

Orada isə yüklərin Goranboy rayonunda yerləşən hərbi hissələrdən birinə çatdırılması tapşırılır. Hərbi hissədə isə avtomobil səfərbərliklə əlaqədar olaraq müsadirə olunur. Lakin bu barədə əmlak sahibinə heç bir sənəd təqdim edilməyib. Hazırda isə müharibənin bitməsindən iki aydan çox vaxt ötsdə də, Qərib Xəlilovun avtomobili qaytarılmır. 

Bununla bağlı kənd sakini polisə və komissarlığa müraciət etsə də, ona yardım edə bilməyəcəkləri söylənilib.


Baxış sayı: 3333 | Tarix: 11.01.2021
Bizi Telegramda izləyin: @repostaz