Bakıda eşitmə qüsurlu gənc oğlan itkin düşüb.
 

Bu barədə RePost.Az-a onun yaxınları bildiriblər. Nizami rayon sakini 15 yaşlı Elvin Elçin oğlu Məmmədov 11 yanvar tarixində evdən çıxıb və geri dönməyib. O, sonuncu dəfə metronun "Qara Qarayev" istiqamətində görülüb. Sonuncu dəfə evdən çıxanda onun əynində qara gödəkcə olub. Məsələ ilə bağlı artıq polisə də müraicət edilib.

Elvini görənlərdən polisə xəbər vermələri xahiş olunur. 
 

????Əlaqə: "102" və ya (012)421-02-02

Baxış sayı: 3086 | Tarix: 12.01.2021
Bizi Telegramda izləyin: @repostaz