Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 1,02 ABŞ dolları və yaxud 1,84% artıb.
 
RePost.Az  xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 56,39 ABŞ dolları təşkil edib.
 
Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Baxış sayı: 3048 | Tarix: 20.01.2021
Bizi Telegramda izləyin: @repostaz