Bu gündən Azərbaycanda bütün növ siqaretlərin qiyməti artırılıb.
 
RePost.Az -ın məlumatına görə, bu barədə istehlakçılar sosial mediada məlumat yayıblar.
 
Onların sözlərinə görə, ötən günlə müqayisədə qiymətlərdə 20 qəpik artım var.
 
"Siqaretin topdan satışı ilə məşğul olan firmalar bu gündən bizə malları yeni qiymətlərlə göndərib. Qiymət artımı bütün siqaret markalarında olub", - deyə pərakəndə siqaret satıcıları bildirib.

Baxış sayı: 3257 | Tarix: 11.03.2021
Bizi Telegramda izləyin: @repostaz