Bu ilin martın 1-nə Azərbaycanda dövriyyədə olan nağd pulun həcmi 11,439 mlrd. manat təşkil edib.
 
"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında apardığı hesablamalarına görə, bu göstərici ilin əvvəlindən 3,4% azalıb, aylıq müqayisədə isə nağd pul dövriyyəsi 1,1% artıb. Martın 1-nə ümumu nağd pul dövriyyəsinin pul bazasına nisbəti isə 80,8% təşkil edib.
 
Qeyd edək ki, 2021-ci ilin yanvarın 1-nə Azərbaycanda ümumi nağd pul dövriyyəsi 11,840 mlrd. manata bərabər olub. Bu, statistikanın əlçatan olan tarixdən bəri (2006-cı il) ən yüksək göstəricidir.

Baxış sayı: 3352 | Tarix: 30.03.2021
Bizi Telegramda izləyin: @repostaz