Hesablama Palatası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində satınalmalarla bağlı nöqsanlara dair materialları Baş Prokurorluğa göndərib.
 
RePost.Az-ın məlumatına görə, bu barədə “Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabatda bildirilir.
 
Hesabatda qeyd edilib ki, Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsinə dair uyğunluq auditi üzrə - malların (işlərin və xidmətlərin) satınalınması zamanı satınalma proseduru keçirilmədən müqavilələr bağlanılaraq, dövlət büdcəsi vəsaitlərinin xərclənməsi səbəbindən inzibati məsuliyyət üzrə materiallar Baş Prokurorluğa təqdim edilib.

Baxış sayı: 2934 | Tarix: 05.04.2021
Bizi Telegramda izləyin: @repostaz