Sosial şəbəkə istifadəçisi Günel Hakimqoca (Gunel Farkhad Khakhimqoja) son statusunda koronavirus xəstəsi olduğunu və intihar edəcəyini yazıb.
 
RePost.Az APA-ya istinadən xəbər verir ki, statusla əlaqədar polis əməkdaşları həmin qadının yaşadığı ünvanı müəyyən edərək dərhal hadisə yerinə yollanıblar.
 
Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə mənzilə daxil olunub. Qadınla aparılan söhbət zamanı onu intihar fikrindən döndərmək mümkün olub.
 
Qadın hazırda tibb müəssisəsinə yerləşdirilib. Həyati təhlükəsi və sağlamlığında problem yoxdur.

Baxış sayı: 2801 | Tarix: 07.04.2021
Bizi Telegramda izləyin: @repostaz