Abşeronda intihar hadisəsi baş verib.

 

RePost.Az-ın Apa-ya istinadən verdiyi məlumata görə, Xırdalan şəhər sakini, 2000-ci il təvəllüdlü Fərrux Ağakişi oğlu Əsədli özünü yaşadığı Rəsulzadə küçəsindəki 1 saylı binanın damından atıb. Onun özünə qəsd etməsinin dəqiq səbəbləri hələlik məlum deyil.

 

Məlumata görə, F. Əsədli Xırdalanda yerləşən 1 saylı orta məktəbin 11-ci sinif şagirdi olub.

 

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. 


Baxış sayı: 2763 | Tarix: 15.02.2017
Bizi Telegramda izləyin: @repostaz