“EuroHome” tikinti materialları bazarının direktoru Samir Məmmədov hüquq mühafizə orqanları tərəfindən saxlanılıb. 
	 
	Unikal.org-un məlumatına görə, o, yanğın təhlükəsizliyi ilə bağlı qaydaları pozduğuna görə Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs edilib.
	 
	Xatırladaq ki, sonuncu dəfə 12 may 2020-ci il tarixində Bakı şəhərinin Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində yanğın hadisəsi baş vermişdi.
	 
	Qeyd edək ki, “EuroHome”un sahibi Azay Möhnətovdur.
	
	RePost.Az