Abşeron rayonunda qətl hadisəsi baş verib.
 
RePost.Az APA-ya istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərində bazarda qeydə alınıb. Belə ki, orada fəhlə işləyən şəxs münaqişə zəminində qətlə yetirilib. Hələlik şəxsiyyəti məlum olmayan şəxsə 7 bıçaq zərbəsi vurulub.
 
Meyit aidiyyəti üzrə təhvil verilib.
 
Faktla bağlı araşdırma aparılır.

Baxış sayı: 4283 | Tarix: 31.05.2021
Bizi Telegramda izləyin: @repostaz